İndoneziyada son sutka ərində 1 041 nəfər yeni növ koronavirusa yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla ölkədə yoluxma hallarının ümumi sayı 43 803-ə çatıb.
Eyni zamanda son bir gündə ölkədə 34 ölüm hadisəsi qeydə alınıb və ölənlərin ümumi sayı 2 337-yə çatıb.
Pandemiya başlayandan bu yana İndoneziyada 17 mindən çox koronavirus xəstəsi sağalıb.