COVID-19-a yoluxmanın ilk simptomlarından biri gözün selikli iltibahı - konyuktivitdir.

Unikal.org xəbər verir ki, belə bir qərara kanadalı oftalmoloqlar apardıqları tədqiqatlar nəticəsində gəliblər.

Ölkənin oftalmoloqlar cəmiyyətinin jurnalında dərc olunmuş məqalədə bildirilir ki, alimlər 29 yaşlı qadının üzərində araşdırma aparıblar. Qadın mart ayında gözünün iltihabı diaqnozu ilə xəstəxanaya gətirilib. Lakin həkimlər onu konyuktivitdən müalicə etsələr də, nəticə olmayıb. 

Bir müddət sonra məlum olub ki, xəstə yaxın zamanlarda Asiya ölkələrində səyahətdə olub. Qadından  COVID-19 üçün götürülən analiz nümunələri isə müsbət çıxıb. 

“O nə öskürmürdü, nə də hərarəti yox idi, ona görə də biz qadının koronavirusa yoluxduğundan şübhələnmirdik. Biz infeksiyanın ilk növbədə ağciyərdə deyil, gözdə özünü biruzə verəcəyini düşünmürdük”, - deyə Alberta Universitetinin oftalmologiya kafedrasının dosenti Karlos Solarte qeyd edib.

Nigar Orucova