Əksər dünya ölkələrində yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı peyvəndin tapılması üçün araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Çindən sevindirici xəbər gəlib. Belə ki, "Covid-19" peyvəndinin 2020-ci ilin sonuna qədər hazır olacağı bildirilib. Həmçinin sözü gedən ölkənin paytaxtı Pekində pandemiyanın ikinci dalğasının nəzarət altına alındığı məlum olub.

Qeyd edək ki, dünyada 8,5 milyondan çox insan koronavirusa yoluxub, onlardan 456 mini dünyasını dəyişib.