Prezident Donald Trampın West Point səfəri zamanı pandusda asta və narahat şəkildə gəzməsi Amerika mediyasında “Prezident Tramp parkinson xəstəliyinə tutulub” iddialarını gündəmə gətirib.

Unikal.org xarici KİV-ə istinadan xəbər verir ki, Tramp məsələnin geniş ajiotaj doğurmasından sonra açıqlama vermək məcburiyyətində qalıb.

Prezident bildirib ki, pandusun sürüşkənliyi və ayaqqabılarının narahat olması onun yeriməsinə mane olub. Tramp əlavə edib ki, yıxılmamaq üçün asta yeriməyə üstünlük verib.