Türkiyədə şiddətə məruz qalan qadın güllələnib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 illik evliliyi ərzində həyat yoldaşı Raqif Canan tərəfindən fiziki zorakılıqla üzləşən Nurtac Canan boşanmaq qərarına gəlib. Bundan xəbər tutan ər odlu silahla onu güllələyib.
Beş güllə yarası alan qadın hadisədən öncə döşəməyə qanı ilə "ana və ata haqqınızı halal edin, məni Raqif vurdu. Qurtuldum", - deyə yazıb.
Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Buna baxmayaraq, qadın bir müddət gəzə biməyəcək.
Həyat yoldaşını öldürməyə cəhd edən Rafiq Canan isə axtarışdadır.