Kanadada 409 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 100 629 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 346 nəfər vəfat edib.
Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 milyondan çox test aparılıb.
Koronavirus infeksiyasına yoluxan 63 min nəfər müalicə olunaraq sağalıb.