Altı yaşa qədər olan uşaqlar koronavirusun ən təhlükəli ötürücüləri ola bilərlər.

Unikal.org xəbər verir ki, belə bir qərara Almaniyanın infeksiyaların tədqiqat mərkəzinin alimləri gəliblər.

Almaniya, Böyük Britaniya və Norveçdən olan tədqiqatçılar qrupu müəyyən edib ki, COVID 19-a yoluxmuş bütün yaşda olan insanların bioloji mayelərində, demək olar, eyni miqdarda patogen hissəciklər mövcuddur. Altı yaşa qədər olan daşıyıcıların üçdə biri, böyüklərin isə yalnız yarısı xəstəliyi başqalarına ötürə bilir.

Lakin məktəbəqədər yaşda olanlar qoruyucu maskalar taxa bilmir, əllərini mütəmadi olaraq yumur və üzlərinə vururlar. Bundan savayı, uşaqlar tez-tez döşəmədə oynayır və gördükləri əksər predmetlərin “dadına baxırlar”. Aimlər qeyd edirlər ki, vəziyyəti uşaqların xəstəliyi simptomsuz keçirməkləri də ağırlaşdırır. Buna görə də alimlər bütün bu faktorları ümumiləşdirərək, uşaqları virusun ən təhlükəli yayıcıları kateqoriyasına daxil ediblər.

Nigar Orucova