Türkiyənin Elazığ vilayətində yaşayan 60 yaşlı Abdullah Yalınkılıç son 20 ildə 7 universitet bitirib.
Unikal.org xəbər verir ki, 40 yaşında təkrar oxumağa başlayan Abdullah Yalınkılıç bu hərəkəti ilə gənclərə nümunə olub.
O bildirib ki, 1978-ci ildə universitetə qəbul olsa da, iş həyatına başlaması səbəbi ilə təhsilini yarımçıq qoymalı olub. Amma təhsilə olan sevgisi 40 yaşında Yalınkılıçı təkrar oxumağa həvəsləndirib.
Son 20 ildə 7 diplom alan və “Hər şey sevməklə başlayar” deyən Abdullah Yalınkılıç son nəfəsinə qədər oxumağı düşündüyünü deyib.