İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb.
Unikal.org İRNA-ya istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bu barədə COVID-19 pandemiyası ilə mübarizə komitəsində çıxışı zamanı bildirib. Ölkədə yeni tədris ili sentyabrın 5-də başlayacaq.
Həsən Ruhani İran xalqının, tibb işçilərinin və bütün səlahiyyətli şəxslərin qarşıdakı 123 gündə virusa qarşı böyük bir kampaniya aparmalı olduqlarını deyib. İranın dövlət başçısı virusa qarşı peyvəndin və effektiv müalicənin olmadığını bildirib.
“Özümüzü uzunmüddətli mübarizəyə hazırlayacağıq”, - deyə o vurğulayıb. Bəzi sahələrdə tibbi maskadan istifadənin məcburi olacağı deyən prezident həmçinin bildirib ki, vətəndaşlar sosial məsafə saxlamalı və şəxsi gigiyena qaydalarına əməl etməlidir.