Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi
12:34 01-12-2012
İQTİSADİYYAT
Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi
Milli Məclis dövlət büdcəsinə daxil olan sənədlərin təsdiqi məsələsinə baxıb. İclasın gündəliyinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan aşağıdakı sənədlər salınıb:
"Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında, "Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında" qanun layihələri.
Milli Məclis artıq büdcə zərfinə daxil olan bütün sənədləri təsdiqləyib.
İclasda məlum olub ki, bütövlükdə büdcənin gəlirləri 5 milyon manat, xərcləri təxminən 40 milyon manat artırılıb. Nəticədə dövlət büdcəsinin gəlir və xərclər hissəsi də dəyişib. Belə ki, büdcə gəlirləri 19 milyard 159 milyon manata, xərcləri isə 19 milyard 850 milyon manata çatdırılıb. Büdcə kəsiri isə 35 milyon manat artırılaraq 690 milyon manata çatdırılıb.
Gələn il üçün yaşayış minimumu 116 manat, ehtiyac meyarı 93 manat olacaq.
Büdcə layihəsi102 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqda qəbul edilib.
Milli Məclisin keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək, deputatların qaldırdığı bankomat çatışmazlığı məsələsinə münasibət bildirib. DSMF sədri parlamentin ötən sessiyasında millət vəkili Azay Quliyevin bankomatların azlığı ilə bağlı çıxışına toxunaraq, gələn il ölkəyə yeni bankomatların gətiriləcəyəni vurğulayıb.
S.Müslümov bildirib ki, 2013-cü ildə 30 yeni bankomat və həmçinin 2 səyyari bank da gətiriləcək.
"Gələn il bankomatların sayı artırılacaq ki, bu sahədə problemlər aradan qaldırılsın. Hesab edirəm ki, qaldırılan məsələlər öz həllini tapacaq", -deyə DSMF sədri qeyd edib.
Büdcə təsdiqlənərkən məlum olub ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan xərclər artırılıb. Bu barədə iclasında iştirak edən maliyyə naziri Samir Şərifov məlumat verib.
"2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə 2 milyon manatın ayrılması nəzərdə tutulurdu", - deyə S.Şərifov qeyd edib.
Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi. İndi Azərbaycandakı ayrı-ayrı sosial təbəqələrdən olan insanlar səbirsizliklə gələn iliin əvvəlini gözləyirlər ki, hökumət büdcə təşkilatlarında çalışanların əməkhaqlarını nə qədər artıracaq. Bunu ən çox gözləyənlər isə dövlət büdcəsindən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışan müəllim və həkimlərdir.
Milli Məclisdə müzakirəyə çıxarılanda maliyyə naziri Samir Şərifov demişdi ki, gələn ilin büdcə zərfində əmək haqlarının artımı ilə bağlı maddələr nəzərdə tutulub. Nazir müəllimlərin və həkimlərin də maaşının artırılacağını qeyd etsə də, artımın neçə faiz ola biləcəyini açıqlamayıb.
İqtisadçı Rövşən Ağayevin fikrincə, təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür. Onun fikrincə, növbəti ilin dövlət büdcəsində sosial sahələrdə maaş artımı 1-2 faiz təşkil edə bilər.
"Ola bilər ki, ilin ortasında hökumət büdcəyə dəyişiklik etsin və həmin dəyişikliklərdə təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması mümkün olsun. Amma hələ ki, belə bir şey gözlənilmir. İndi təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür".
İqtisadçı deyir ki, hökumət gələn il üçün daha çox hüquq-mühafizə sistemi, nazirliklər, komitələr və ali dövlət orqanlarında çalışanların əməkhaqlarını artırmağı planlaşdırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bu fikirlə razılaşmır. O, Modern.az saytına açıqlamasında deyib ki, gələn il müəllimlərin və həkimlərin maaşı 1-2 faiz deyil, 10 faiz artırılacaq.
"Gələn il büdcədən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışanların əməkhaqları 10 faiz artırılacaq. Dünyanın heç bir yerində birdən-birə maaşlarda bu qədər artım baş vermir".
Qeyd edək ki, hazırda Azərbaycanda müəllim və həkimlər ən aşağı maaş alan büdcə işçiləridir.
Məsələn, orta məktəbdə çalışan müəllimlər şagirdlərin sayından və ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq, vahid tarif cədvəli ayda 150-230 manat məvacib alırlar.
Həkimlərin orta aylıq əmək haqqı 150-200 manat təkil edir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00