Ötən gün 75 illik yubileyini qeyd edən Türk kinosunun "Sultan"ı Türkan Şorayın məktəb illərindən məşğul olduğu rəssamlıq sevgisi yenidən üzə çıxıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, xəbər verir ki, əsasən qadın portretlərini çəkən Türkan Şoray, evinin bir hissəsini rəssamlıq emalatxanasına çevirib.
Uzun illərdən sonra ilk olaraq qızı Yağmur Ünalın portretini yaradan Türkan Şoraya qızından təşəkkür mesajı gəlib.
Yağmur Ünal: "İllər sonra karantin günlərində təkrar rəsm çəkməyə başladı. Təşəkkürlər Anam." deyib.
Qeyd edək ki, Türkan Şoray çəkdiyi tabloları qadın dərnəklərinə, xeyriyə sərgilərinə bağışlayır.