ABŞ prezidenti Donald Trampa verdiyi dəstəklə tanınan ABŞ reperi Kanye Uest noyabrın 3-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Unikal.org xəbər verir ki, reper bir müddət əvvəl prezident seçkilərinə namizəd olan Co Baydenə qarşı etiraz edərək, Trampı dəstəkləmişdi.
Daha sonra sosial media platformasından, "Biz Tanrıya güvənirik. Gələcəyimizin sağlam olması üçün Amerika xalqının vədlərini yerinə yetirməliyik” - deyə paylaşım edərək prezident seçkilərinə namizəd olduğunu bildirib.
Lakin, məşhur reperin noyabrın 3-ə keçiriləcək seçkilərinə dörd ay qalmış prezidentlik uğrunda mübarizəyə ciddi yanaşdığı və ya hər hansı rəsmi sənəd təqdim edib-etmədiyi hələ məlum deyil.
Bundan əlavə, Kanyenin “Twitter”dəki bu postuna “Tesla” və “Space X”in qurucusu İlon Mask “Səni dəstəkləyirəm” deyə cavab verib. Reperin həyat yoldaşı Kim Kardaşian da ərinin “Twitter”dəki postunu dəstəkləyib.
Qeyd edək ki, Kanye prezident Donald Trampa yaxın olması ilə tanınırdı. Kanye və həyat yoldaşı Kim Kardaşian dəfələrlə Ağ Evdə Trampla görüşləri olub.