Bu il koronavirus pandemiyasi səbəbi ilə bir çox məşhurlar “Altın Kelebek” mükafatlarını evlərində və ofislərində almalı olublar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cem Davran və Çağla Şikelin aparıcılığı ilə bu 2020-ci ilin ən yaxşı qadın aktrisası Ebru Şahin, ən yaxşı kişi aktyoru isə Taner Ölmez seçilib.
Müğənnilər sırasında Hadisə ən yaxşı qadın, Mabel Matiz isə ən yaxşı kişi müğənni adına layiq görülüb.
Reymenin “Ela” adlı kompozisiyası ilin mahnısı seçilib. Ən yaxşı seriala adına isə bu dəfə “Mucize doktor” layiq görülüb.