İtaliyalı məşhur bəstəkar Ennio Morrikone dünyasını dəyişib.

Unikal.org “Corriere della Sera”ya istinadla xəbər verir ki, bəstəkarın 91 yaşı olub.

Morrikone 500-dən artıq filmə mahnı yazıb, eləcə də 100-dən artıq müstəqil əsər bəstələyib.

O, bir sıra nüfuzlu mükafatlara, eləcə də “Oskar” və “Qızıl qlobus”a layiq görülüb.