İmperator ləqəbi qazanan məşhur müğənni İbrahim Tatlısəsin adı son günlərdə özündən 42 yaş kiçik bir xanımla hallanır. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Gülçin Karakaya ilə münasibətlərinə açıqlama gətirib. O bildirib ki, yayılan xəbərlər şayiədən başqa bir şey deyil. 
"Gülçin mənim köməkçimdir, sosial şəbəkə hesablarıma nəzarət edir. Xanıma deyilməyən təhqir qalmadı. Onun da bir ailəsi var, söz edilməsi xoş hal deyil. Sağ qolum var, sol qolum isə fəaliyyətsizdir. Gülçin mənim sol qolumdur", - deyə müğənni mediaya iradını bildirib.