Keçmiş həyat yoldaşı Amber Herdini döyməkdə ittiham olunan aktyor Conni Depp növbəti dəfə daha bir qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həyatında heç bir qadına qarşı zorakılıq etmədiyini deyən məşhur aktyor 14 yaşından bəri bütün növ narkotik maddələrdən istifadə etdiyini də dilə gətirib. O, qızı Lili-Rouza 13 yaşında narkotik maddə verdiyini də etiraf edib.
Conni Depp bildirib ki, qızının ilk narkotik təcrübəsini tanımadığı insanlarla yaşamağını istəməyib. “Mənim çəkdiyim marixuananın yaxşı keyfiyyətdə olduğunu bilirəm”, - deyə aktyor özünə haqq qazandırmağa çalışıb.