Roma Papası Fransisk Türkiyənin Aya Sofyanın məscidə çevrilməsilə ilə bağlı qərarından məyus olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Papa bu barədə Vatikandakı Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü çıxışında deyib.
“Mən İstanbul barədə, Müqəddəs Sofya barədə fikirləşirəm və çox məyusam”, - Papa bildirib.
Qeyd edək ki, iyulun 10-da Türkiyə Dövlət Şurası Aya Sofyanın muzeyə çevrilməsi ilə bağlı 1934-cü ildə verilən qərarı ləğv etmişdi. Bundan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oranın məscid olması ilə bağlı sərəncam imzalamışdı.