Almaniyada doğulub, boya-başa çatmış türk iş adamı Abdulkadir Karacil Ermənistan səfirliyi önündə azərbaycanlıların təşkil etdiyi aksiyaya qatılaraq öz dəstəyini ifadə edib.
Unikal.org-un Avropa üzrə xüsusi müxbirinə açıqlama verən türk iş adamı bildirib ki, Ermənistanın törətdiyi qətliama yox demək üçün aksiyaya qatılıb:" Haqq davasında Azərbaycanın və azərbaycanlı qardaşlarımızın yanındayıq. Ən qısa zamanda bu döyüş bitsin və Qarabağ Azərbaycana qaytarılsın"
Həsən Babayev