Müğənni Sərdar Ortaç "YouTube"da Gökhan Çınarın aparıcısı olduğu "Katarsis" proqramına qatılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir xəstə olan Ortaç "Məni çox yorur, amma qəbullandım" deyib.
İfaçı yaşadıqlarının ona sərt bir insan etdiyini söyləyib:
"Mənəviyyatım yoxdur, getdi. İnsanların güldüyünə gülə bilmirəm. Hamının ağladığı nəyəsə ağlaya da bilmirəm. Atam öləndə bir də sahildə gəmi yananda ağladım, vəssalam. Çox üzüləndə içimdə gizlədirəm. Çox utananda da üzülürəm. Özümü məhkəməyə verib, sorğu-sual edirəm. Əvvəl suallara böyük reaksiya verirdim. İndi yox".
Sərdar ən böyük peşmanlığının qumar olduğunu da gizlətməyib. Sevgidən söz açan müğənni "Artıq bir daha aşiq olmayacam. Hisslərim sıfır... Bədbəxtliyimi kiməsə bulaşdırıb, onun ahını ala bilmərəm. Heç vaxt xoşbəxt olmadım. Ən xoşbəxt günümdə belə içimdə bir qəmginlik var idi" - deyə, o, əlavə edib.