Planetin ən zəngin insanı, “Amazon” şirkətinin təsisçisi Ceff Bezos bir gündə rekord 13 mlrd dollar qazanıb.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

“Əgər bütün diqqətini rəqiblərə yönəltsən, qısa zamanda motivasiyanı itirə bilərsən, Siz artıq öndəsiniz – qaçmaq nəyə lazımdır? Əgər siz müştəriyə yönəlmisinizsə, əgər bu, sizin motivasiyanızdırsa, çox dayanıqlıdır”, - deyə Bezos bildirib və əlavə edib ki, hətta lider şirkətlərin də müştəriləri daim nədənsə narazı olurlar.