Allah bəlamı versin, çox peşmanam". 

Unikal.org xəbər verir ki, bu sözləri məşhur türk müğənnisi Sərdar Ortaç mərhum müğənni Ahmet Kaya ilə bağlı açıqlamasında deyib. Müğənni “YouTube” kanalında qonaq olduğu verilişdə 10 fevral 1999-cu ildə təşkil edilən "İlin ən yaxşı 10 musiqi yarışması" mükafatlandırma gecəsi yaşadıqlarını dilə gətirib. O, bir çox sənət dostları ilə birgə Ahmet Kayanın linç edilməsi və ölkəni tərk etmək məcburiyyətində qaldığı üçün peşmanlığını bildirib. Buna görə müğənni Ahmet Kaya azarkeşlərindən üzr istəyib. 

Qeyd edək ki, Ahmet Kaya həmin mükafatlandırma mərasimində kürd dilində mahnı ifa etmək istədiyini dediyi üçün linç edilmiş və Parisə köçməyə məcbur qalmışdı. Müğənni 16 noyabr 2000-ci ildə Parisdə infarktdan dünyasını dəyişib.