Müğənni Madonna 8 il əvvəl Sankt-Peterburqda verdiyi konsertdəki çıxışına görə cərimələnib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hökumət səhnədə LGBTİ-yə dəstək olduğu üçün ifaçıya 1 milyon dollar cərimə yazıb.
2012-ci ildə baş tutan konsertdə Madonna onların haqlarını müdafiə edən çıxış səsləndirib. 8 il sonra sosial şəbəkədə cərimə olunması haqda paylaşım edən sənətçi hələ də onu ödəmədiyini bildirib.
Mütəxəssislər isə bildirib ki, Rusiyada uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini qadağan edən qanun 2013-cü ildə qüvvəyə minib. Qanun pozanlar isə 1 milyon dollar yox, 4 il beş min rubl ödəməlidirlər.