Məşhur kinoaktyor və rejissor Mel Gibson COVID-19-dan sağalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Evening Standard” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bir müddət əvvəl 64 yaşlı aktyorun koronavirus testi müsbət çıxıb və o, bir həftə xəstəxanada yatıb.
M.Gibsonun xəstəliyi barədə məlumat gizli saxlanılıb.
Xəstəxanadan çıxdıqdan sonra bir neçə dəfə test analizlərindən keçən aktyorun nəticələri mənfi çıxıb.