ARB TV-nin aparıcısı Lalə Əlimuxtarova avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma buna görə ona cərimə yazılmasından şikayətlənib.

Unikal.org xəbər verir ki. bu barədə o, İnstaqram hesabında paylaşım edib. Aparıcı aidiyyəti orqanlara səslənərək bunları deyib:

"Həsən bəy Zərdabi küçəsindəyəm, avtomobilimi bina sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada “saxlama” işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazırlar.