XVII əsrin məşhur rəssamı Rembrandtın əsəri London hərracında 18,7 mln dollara satılıb.

Unikal.org “Sotheby's” hərrac evi tərəfindən yayılan məlumata istinadən xəbər verir ki, bu, niderlandlı sənətkarın avtoportretinə verilən rekord qiymətdir.

Qeyd edək ki, rəssam şəkli 1632-ci ildə, yəni 26 yaşında çəkib. Avtoportret sonuncu dəfə 2003-cü ildə 9 mln dollara satılmışdı.