Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Unikal.org koronavirus.info-ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.