Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, iyulun 30-u səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.
Bərdə rayonuna saat 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.
Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 m/s-dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33, aran rayonlarında 31-38, dağlıq rayonlarda 20-24, Naxçıvan MR-da 35-41 dərəcə isti olub.