Ukraynanın top modeli Darya Kiriluk və rəfiqələrinin İzmirdə dəniz sahilində mühafizəçilər tərəfindən döyüldüyü bildirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəbəri türkiyəli model Şeyma Subaşı "Instagram" hesabında paylaşıb. Model Darya qanlı üzünün fotolarını sosial mediada paylaşıb. Şiddətə sərt münasibət göstərən Şeyma Subaşı aktrisanın bu yaşadıqlarına təəssüf etdiyini bildirib.