İqtisadi paketlə bağlı yeni təkliflər təqdim olunub və Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, 190 manatlıq sosial paketlə bağlı müzakirələr davam etdirilir.