Türkiyədə bir çox məşhur simalar internet üzərindən etdikləri reklama görə cərimələniblər.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Seda Sayan, Şeyma Subaşı, Seren Serengil, Seray Sever, Ebru Akel ve Seda Akgül kimi məşhurlara sosial hesablarında "No attack" adlı məhsulun satışına görə cəza verilib.
Buna səbəb həmin məşhurların paylaşımlarında məhsulun təqdimatı zamanı "Koronavirusa qarşı qoruyur və xeyri var" cümlələrini işlətmələri olub. Adları çəkilən məşhurların hər biri ayrı-ayrılıqda 104 781 Tl (25 min AZN) cəriməniblər.