"Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Koronavirusu Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam? Nə pisliyimi gördünüz?".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Sənətçi onunla bağlı paylaşılan "Nadir deyirdi mənim soyuducum doludur, professorun yox" sözlərinə aydınlıq gətirib. İfaçı bildirib ki, heç vaxt elə söz işlətməyib:
"Hər zaman ehtiyacı olanların yanında olmuşam, bir əlim paylayıb. Deməli, düz etməmişəm. Kimsə yazıb Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur. Mövzu bitdi, keçdiz Nadirə?
Bir neçə gün əvvəl şəhid üçün ağlayıb, bayraq qaldırırdız. İndi nə oldu? Oturun yerinizdə, dərdinizi çəkin. Bir şey olanda keçirsiz kompüter arxasına başlayırsız Nadiri pisləməyə. Bu pandemiya ərəfəsində mən və həmkarlarım kimlərə əl tutmadı. Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir".