"Ezel", "Vatanım sensin" kimi məşhur seriallarda rol alan türk aktyoru Ufuk Bayraktarın çəkilişə sərxoş gəldiyi iddia edilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda "Dayı: Bir adamın hekayəsi" adlı serialda baş rolu canlandıran aktyorun çəkilişdən öncə qrim və saç ustası ilə dalaşaraq onları təhqir etdiyi və fiziki güc göstərdiyi bildirilir. Hər iki işçi baş verənlərdən sonra işlərindən ayrılıb.
Qeyd edək ki, Ufuk Bayraktarın çəkiliş məkanına sərxoş gəlməsi isə ilk dəfə deyil.