20 milyondan çox izləyicisi olan “YouTube” hesabı ilə məşhur olan vloqer Jak Polun Los-Ancelesdəki villasında əməliyyat keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Federal Təhlükəsizlik Xidməti vloqerin villasına zirehli maşınla daxil olub. Onun malikanəsindən xeyli sayda silah-sursat ələ keçirilib. 23 yaşlı Jak Pol ABŞ-da qaradərililərin etirazlarında iştirakda ittiham edilir.