Türkiyədə son sutka ərzində 22 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, daha 1226 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5934, virusa yoluxanlar isə 246 min 861 nəfərə çatıb.
Türkiyədə indiyədək 228 min 980 pasiyent (son sutkada 923 nəfər) sağalaraq evə buraxılıb.