Avropa Parlamentinin Belarusla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Robert Bedron və Avropa Parlamentinin Belarus üzrə məruzəçisi, millət vəkili Petras Auştreviçyusun 14 avqustda respublikaya girişinə icazə verilməyib.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Avropa Parlamentinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Birgə açıqlamada siyasətçilər bildirib ki, Belarus hakimiyyəti “dialoq üçün hər cür imkandan imtina edir”.
Deputatlar bu günlərdə respublikanın gələcəyinə qərar verildiyini qeyd ediblər. Onlar hesab edirlər ki, Avropa Birliyi institutları Belarus xalqının qanunun aliliyinin, fundamental azadlıqların və insan hüquqlarının hörmət olunduğu bir demokratik ölkədə yaşamaq üçün qanuni istəklərini dəstəkləmək və qorumaqda birlik göstərməlidirlər.