Hacıbala Abutalıbovun yeni gəlir yeri
11:41 13-12-2012
CƏMİYYƏT
Bakı meri indi də...
Bu günlərdə bəzi KİV-lərdə bir xəbər yayıldı, amma nədənsə bir o qədər diqqət çəkmədi. Bəs həmin xəbəri diqqətə layiq edən nə idi?
Öncə gəlin həmin xəbərin özü ilə tanış olaq - orada bildirilirdi ki, Yeni il qabağı paytaxt da görünüşünü yeniləyir. Azneft meydanından başlayaraq Bulvarın kənarı ilə işıq dirəklərinin üzərində yeni gözəl çılçıraqlar quraşdırılıb. Paytaxt sakinlərinin ən sevdiyi Fəvvarələr Meydanında da işıq dirəklərinin üzərindəki lampalar yeni və müasir dizaynla işlənmiş çılçıraqla əvəzlənib.
Bizim əldə etdiyimiz məlumata görə, paytaxtda yeni quraşdırılan və bəh-bəhlə təqdim olunan həmin çilçıraqları Bakıya şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gətirib, bunun üçünsə kifayət qədər böyük məbləğdə
vəsait ödənilib. Çilçıraqları gətirən isə merə yaxın firmalardan biridir, bir sözlə paytaxt büdcəsinin vəsaiti şəhər rəhbərinin bir cibindən çıxarılaraq digər cibinə qoyulub.
Qeyd edək ki, Hacıbala Abutalıbovun "işıq biznesi" ilə bağlı məlumatlar yeni deyil; belə ki, paytaxtın icra başçısı şəhərə yeni işıq dirəklərinin qoyulmasını, küçələrin çilçıraqlarla təminatını çoxdan öz nəzarətinə keçirib. Bunu ötən illərdə ölkə mətbuatının yazdıqları da təsdiqləyir..
Həmin yazılanlara görə, Azərbaycan paytaxtının ən müxtəlif rayonlarında quraşdırılan əksər işıq dirəkləri bir neçə il önçə ölkəyə Abutalıbovun qohumlarından biri tərəfindən gətirilib və onun hər biri dövlətin büdcəsinə 1250 dollara oturdulub. Bu fakt ötən illər aparılan araşdırmalarda da öz təsdiqini tapıb. Halbuki pərakəndə satışda analoji dirəklər 300-350 dollar civarında olub.
İş burasıdır ki, yol kənarında basdırılmış həmin dirəklər indiyədək xeyli ağır yol qəzalarına da səbəb olub. İki il əvvəl isə real qiymətindən azı üç dəfə bahasına satılan həmin dirəklərin kütləvi dəyişdirilməsinə başlanıb. Məqsəd isə əlbəttə, yenidən "qaz vurub qazan doldurmaqdır".
Ekspertlər isə bildirirlər ki, Bakı şəraitinə uyğun gəlməyən bu dirəklərin bir çoxunu külək aşırıb, digərləri isə müxtəlif vaxtlarda küçələrin yenidən abadlaşdırılması prosesində "yox olub".
Xatırladaq ki, bir müddət əvvəl Bakı-Sumqayıt yolunda isə Abutalıbovun "yadigarları" da məhv edilib. Müxtəlif KİV-lərdə yer alan məlumatlara görə, ötən illərdə Bakıya Hacıbala Abutalıbovun göstərişi ilə 6 milyon dollar dəyərində bu cür işıq dirəkləri gətirilib. Amma sonradan məlum olub ki, həmin dirəklər bəzi yerlərdə, sadəcə olaraq, torpağa basdırılıb.
Bəzi küçələrdə isə heç elektrik xəttinə də qoşulmayıb. Həmin dirəklərin sonradan çıxarılaraq satıldığı deyilir. Amma bu qədər dirəyin kimlərə satıldığı məlum deyil. Məlumatlara görə, təkcə Bakı-Sumqayıt şossesində təxminən 2 milyon dollarlıq bu cür dirəklər "yoxa çıxıb".
Bu məlumatlar da Bakıya Yeni il ərəfəsində yeni çilçıraqların gətirilərək quraşdırılmasının da məhz Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "növbəti gəlir yeri" kimi ortaya çıxdığının təsdiqidir. Həmin çilçıraqların neçəyə alındığının və kimlər tərəfindən gətirildiyinin göstərilməməsi də çilçıraqlar ətrafında hansısa korrupsiya şübhələrinin ortaya çıxmasını qaçılmaz edir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27