UEFA Millətlər Liqasının 1-ci turunda "C" liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması doğma meydanında Lüksemburq komandasını qəbul edib.

Unikal.org-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeğanə qolunu Ramil Şeydayev vurub (43-cü dəqiqə). Anton Krivotsyukun 48-ci dəqiqədə vurduğu avtoqolla hesab bərabərləşib.

Qonaqlar 72-ci dəqiqədə hesabda irəli keçib. Qolu Gerson Rodriges vurub.

Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasına məğlub olub - 2:0.

***21:43

UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb.

***21:17

UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda hesab dəyişib.

Unikal.org-un məlumatına görə, qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.

Anton Krivotsyuk avtoqol müəllifi olub.

*** 21:11

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçının birinci hissəsi başa çatıb.

Unikal.org xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının üstünlüyü ilə yekunlaşıb. 

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

*** 20:55

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçında ilk qol vurulub.

Unikal.org-un məlumatına görə, yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

***20:39

Azərbaycan millisi UEFA Millətlər Liqasının I turunun hazırda davam edən Lüksemburqla oyununda azlıqda qalıb.

Unikal.org-un məlumatına görə, yığmanın heyətində Mahir Emreli 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.

Matçda hesab açılmayıb.

***20:07

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayıb.

Unikal.org xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edib.

Matçı İngiltərədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kris Kavanaqdır. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edirlər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirir.