Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Qalatasaray” matçının təyinatları açıqlanıb.
Unikal.org xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektor isə Sokol Jaresi (Albaniya) olacaq.
Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.