Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts Tokioda yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına rəğmən keçiriləcəyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə Yahoo Sports yazır.

“Koronavirus olsa da, olmasa da Olimpiada keçiriləcək. Oyunlar 2021-ci ilin 23 iyulunda başlayacaq. Bu, COVID-19-a qalib gəlmiş Oyunlar olacaq”, - deyə Kouts qeyd edib. 

O vurğulayıb ki, qəbul edən ölkənin – Yaponiyanın qarşısında təhlükəsizliyin təmin edilməsi ilə bağlı ciddi məsələ dayanacaq.

Xatırladaq ki, martın 24-də 2020-ci ilin yay Opimpiadasının 2021-ci ilə təxirə salınması elan olunub.