İngiltərənin “Mançester Siti” klubunun iki futbolçusu koronavirus pandemiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Premyer Liqa təmsilçisi yayıb. Bildirilib ki, müdafiəçi Aymerik Laporte və yarımmüdafiəçi Riyad Mahrezin testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən oyunçular dərhal karantinə alınıb. Onların müalicəsinə start verilib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2020/21 mövsümü sentyabrın 12-də start götürəcək. “Mançester Siti”nin həmin gün “Aston Villa” ilə keçirməli olduğu oyun təxirə salınıb.