Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası Fransa yığması ilə qarşılaşıb.
Sumqayıtda "Kapital Bank Arena" stadionunda keçirilən görüşdə millimiz 1:2 hesabı ilə məğlub olub.
Qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır.