“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə klubu “Qalatasaray” yeni transferlərindən 4 futbolçunun lisenziya problemini yoluna qoyub.
Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisi onların adlarını Türkiyə Futbol Federasiyasına (TFF) göndərilən iştirak ərizəsinə əlavə edib.
Bunlar Arda Turan, Əmrə Kılınç, Fatih Öztürk və Oğulcan Çağlayandır. “Cim-bom”un vergi borcu olmadığından, TFF həmin oyunçuların lisenziyasını qəbul edib. Ancaq digər transferlər Omar Elabdellaui və Kərəm Aktürkoğlu hələ də sifariş olunmayıb.
Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasının birinci turunda sentyabrın 12-də “Qaziantep”ə qarşı keçirəcək. “Neftçi” – “Qalatasaray” görüşü isə ayın 17-də “Bakcell Arena”da baş tutacaq.