Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, yığma turnirin 2-ci turu çərçivəsində səfərdə Kiprlə qarşılaşacaq. İlk turda doğma meydanda Lüksemburqa 1:2 hesabı ilə məğlub olan milli bu gün səfərdən xalla dönməyə çalışacaq. Nikosiyada keçiriləcək oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA Millətlər Liqası, 2-ci tur

8 sentyabr

C Liqası, 1-ci qrup

22:45 Kipr – Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka

Nikosiya, GSP stadionu