Tanınmış futbol xadimi Anatoli Konkov 71 yaşı ərəfəsində ata olub.
Unikal.org-un məlumatına görə, bu barədə ötənlərin tanınmış futbolçusunun həyat yoldaşı Mariya sosial şəbəkədə paylaşım edib və sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb.
Anatoli Konkovun həyat yoldaşı özündən iki dəfə kiçikdir.
Xatırladaq ki, hazırda 71 yaşı olan mütəxəssis Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi kimi çalışıb. Belə ki, Anatoli Konkov "İnter"də (hazırki "Keşlə") 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı" komandasına uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.