İtaliyanın “Milan” klubu yeni transferini təqdim edib.

Unikal.org xəbər verir ki, “rossonyerlər” “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatıb.

20 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. O, 2020/21 mövsümünü icarə əsasında “Milan”da keçirəcək. Bu, “Breşiya”ya 10 milyon avro qazandıracaq. Gələn ilin yayında isə “Milan” daha 10 milyon avro qarşılığında futbolçunu birdəfəlik transfer edəcək.

Qeyd edək ki, Sandro Tonali 2019-cu ildən İtaliya millisinə çağırılır.