“Neftçi” hücumçu transferini rəsmiləşdirib.
Unikal.org xəbər verir ki, “ağ-qaralar” Konqo milli komandasının üzvü Prins İbara ilə 1 illik müqavilə imzalayıb. Belçikanın “Birşot” klubuna (2019-2020; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. İbarra, 13 nömrəli formanı geyinəcək.
Prins İbara Konqonun ACNFF (2014), “Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin “Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin “Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin “USM Əlcəzair” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.