Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə “Qalatasaray” arasında keçirilməli olan oyunun stadionu dəyişdirilib.
Unikal.org xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 8-ci km stadionunda yox, Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə UEFA-nın rəsmi saytında da müvafiq dəyişiklik edilib.
Sentyabrın 17-də keçiriləcək “Neftçi” – “Qalatasaray” matçına saat 20:00-da start veriləcək.