Səhər saatlarında paytaxtda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yolun Ziya Bünyadov prospektindən (DİN Hospitalının yaxınlığında) 20 Yanvar istiqamətində olan hissəsində qeydə alınıb.
O bildirib ki, bu səbəbdən hər iki istiqamətdə sıxlıq var.