Türkiyədə 3 futbol hakimi koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, bir yüksək dərəcəli hakim və iki köməkçi hakimdən götürülən COVID-19 testinin nəticəsi müsbət çıxıb. İnfeksiyaya yoluxan referilər karantinə alınıb, hazırda müalicələri davam etdirilir.