UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında keçiriləcək döyüşün şərtləri məlum olub.
Unikal.org xəbər verir ki, bu barədə rusiyalı çempion döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.
O, qeyd edib ki, döyüş qapalı şəraitdə, azarkeşlərsiz olacaq.
Qeyd edək ki, döyüş 24 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.